tqdk-gov
  ELmi-metodiki seminarlar
 

Elmi-metodiki seminarlar

TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 2009/2010-cu tədris ili üzrə öz işini başa çatdırmışdır. 2009-cu ilin oktyabr ayından fəaliyyətə başlayan seminarlarda AMEA-nın əməkdaşları, 2000-dək orta və ali məktəb müəllimləri, müstəqil ekspertlər, tanınmış alimlər, mütəxəssislər iştirak etmişlər. İlk dəfə olaraq bu il respublikanın müxtəlif bölgələrində: Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba və Ağstafa şəhərlərində Azərbaycan dili, riyaziyyat, fizika və tarix fənləri üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə seminarlar keçirilmiş və internet proqramlarının tətbiqi sayəsində TQDK ilə canlı videobağlantılar təşkil edilmişdir.

Seminarlarda ənənəvi olaraq bir neçə istiqamətdə iş aparılmışdır.

2010-cu ilin qəbul imtahanları üçün nəzərdə tutulmuş qəbul proqramları ilə bağlı geniş müzakirələr keçirilmiş, bu proqramlar respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərslikləri əsasında hazırlanmışdır.

Ayrı-ayrı fənlər üzrə qəbul proqramları, imtahanlara hazırlığın optimal üsullarına dair metodiki tövsiyələr, dərsliklərdə səthi və natamam verilən, həmçinin məktəb proqramlarında olub dərsliklərdə şərhini tapmayan mövzularla bağlı məqalələr, fənn proqramlarının çətin mövzularına aid mütəxəssis şərhləri, siniflər üzrə test topluları, model testlər və s. hazırlanmışdır.

2009-cu ildə keçirilmiş bütün ixtisas qrupları üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılmış və bunun əsasında 2010-сu il qəbul imtahanları üçün yeni test modelləri hazırlanmışdır. Yeni test modellərində daha çox məntiqi düşüncəyə və nəzəri biliklərin tətbiqinə əsaslanan, hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, səbəb və nəticə əlaqələri əsasında qurulmuş ümumiləşmə və izahat tipli tapşırıqlara üstünlük verilmişdir. Qeyd edəık ki, fənlər üzrə qəbul proqramları və yeni test modelləri artıq “Abituriyent” jurnalının 1-ci sayında dərc olunmuşdur.

2009-cu ildə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələr hazırlanmış və “Abituriyent” jurnalının 2-ci dərc olunması nəzərdə tutulur. Bundan əlavə, seminarlarda TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olaraq hazırlanmış test topluları da təkmilləşdirilmişdir.

Testologiya ilə bağlı mühazirələr təşkil edilmiş, test tərtibi metodikisı üzrə treninqlər aparılmış və yeni tipli test tapşırıqlarının hazırlanmasına dair standartlar üzərində işlər yekunlaşdırılmışdır.

Hər bir seminar iclasından sonra müzakirələrin icmalı Komissiyanın internet saytında yerləşdirilmişdir.
 

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol